Ekoloji risk
Ekoloji risk — ətraf mühitdəki mənfi dəyişikliklərin ehtimalı və ya bu dəyişikliklərin ətraf mühitə mənfi təsirindən yaranan uzaq mənfi nəticələr.
Ekoloji risk təbii, antropogen və texnogen fövqəladə hallara səbəb ola bilər.
== Ekoloji risk haqqında anlayış və onun xarakteriskası ==
Elmi ədəbiyyatda ekoloji risk haqqında dedikdə hər hansı bir obyektə neqativ ziyan vuran obyektlər nəzərdə tutulur. Neqativ ziyan anlayışına, bir qayda olaraq, obyektin normal işinin pozulması, hətta həmin obyektin dağılması,məhv olması və müxtəlif itki ilə nəticələnən bir hadisə kimi baxmaq lazımdır. Əlavə edək ki,ekoloji riski xarakterizə edən əsas amillər içərisində qorxulu halların yaranmasının aniliyini,qeyri-müəyyənliyini və qəflətən təhlükəli vəziyyətin meydana gəlməsini də nəzərdən qaçırmaq olmaz. Qeyd etmək lazımdır ki,insanlar hər gün düşünülmüş və ya düşünülməmiş formada kiçik və böyük həcmli risklərlə üzləşirlər. Həyatda insan üçün risk ibtidai icma qEkoloji ruruluşunda olan fəaliyyətindən(ovçuluq riski,dənizdə üzmək riski və s.)indiki zamana qədər (iqtisadi risk,istehsal riski,ekoloji risk və s.) praktiki olaraq obyektiv şəkildə onunla çiyin- çiyinə addımlamışdır.
=== Ekoloji riskin göstəriciləri ===
Ekoloji riskə aşağıda göstərilən kəmiyyət göstəriciləri daxildir:
itkinin(ziyanın) miqdarı (kəmiyyəti)
təhlükəli amillərin yaranması ehtimalı
itkinin miqddarının və yaranması ehtimalının qeyri-müəyyənliyi. İtki termini dedikdə faktiki və mümkün ola bilən sosial və iqtisadi zərər və ətraf mühitin çirklənməsi başa düşülür.
Sosial zərər — əhaliyə dəyən ziyanın qaytarılmayan əvəzi, insanların ömrünün qısalması,sağlamlığının pisləşməsi,rifah halı deməkdir.